Untitled Document
 Dr. Sadiq Bəbirov Bizimlə əlaqə, bizə yazın

   haqqında | xəstəliklər |müayinələr| müalicələr| video | foto
 
QALXANABƏNZƏR VƏZ, UR (ZOB) NƏDİR ?
DÜYÜNLÜ URLAR
TOKSİKİ URLAR
TİREOİDİTLƏR
QALXANABƏNZƏR VƏZİN XƏRÇƏNGİ

 
TOKSİKİ URLAR

Toksiki urlarda  qalxanvari vəzin funksiyasının artması nəticəsində  hormonlar (T3 və T4-ün) qana  artıq miqdarda ifraz olunur. Bu urlar el arasında "zəhərli zoblar" kimi tanınır. Toksiki urlar  diffuz, düyünlü və qarışıq ola bilər. Yodla zəngin olan ərazidə daha çox diffuz  toksiki urlara (Bazedov-Qreyvs xəstəliyi) , yod çatışmayan zonalarda isə əksər hallarda düyünlü toksiki urlara rast gəlinir.

Bu cür xəstələr ən çox ürəkdöyünmədən əldə olan titrəmədən və tərləmədən, əsəbilikdən, iştahanın artıq olmasına baxmayaraq hər gün arıqlamadan,  rənglərinin boğanaqlığından, ağlağanlıqdan, istiyə dözümsüzlükdən, ümumi zəiflikdən, bəzi hallarda aşağı ətrafların ön hissəsinin şişkinliyindən şikayətlənirlər. Diffuz toksiki urlar zamanı adətən ekzoftalm-göz almalarının önə doğru qabarması müşahidə olunur. Qan təhlilləri zamani T3 və T4-ün səviyyəsinin yüksəlməsi , TSH-ın isə enməsi  qeyd olunur.

Ekzoftalm çox ağır patologiyadır. Bu zaman xəstələr gözdə olan ağrılardan, gözün qurumasından, gözdə sanki yad cismin olması hissindən şikayətlənirlər. Müalicəsi həm konservativ (sidikqovucular, hormonal terapiya) həmdə operativ aparılır. Lakin konservativ müalicə həmişə müsbət effekt vermir. Operativ müalicə zamanı mütləq qalxanvari vəz tamamilə çıxardılmalıdır. Əməliyyatdan sonra göz alması öz yerinə oturur.


Əməliyyatdan əvvəl  


Əməliyyatdan sonra


Əməliyyatdan əvvəl  


Əməliyyatdan
sonra

Toksiki urun müalicəsi  konservativ, cərrahi və radioaktiv yodla aparılır. Konservativ müalicə zamanı xəstələrə  tireostatik dərman preparatları verilir. Müalicə müddəti ən azı 6 ay - 1 il olmalıdır. Bu müddət ərzində müalicə heç bir effekt verməzsə xəstəyə cərrahi müalicə məsləhət olunur.

Radioaktiv müalicə zamanı qalxanvari vəzin toxuması  J131 izotopunu udaraq fəaliyyətini dayandırır və bununla da toksikoz aradan qaldırılır. Lakin nadir hallarda toksikoz təkrarlana bilər.

Cərrahi əməliyyata göstəriş aşağıdakılardır:
1.
Böyük ölçülü diffuz toksiki ur
2.Düyünlü toksiki urlar
3.Konservativ müalicəyə tabe olmayan toksiki urlar
4.Öncədən planlaşdırılmış hamilə qadınlarda toksiki urun varlığı
5.Xəstənin  uzunmüddətli konservativ müalicə qəbulundan  imtina etməsi

© 2011. Dr. Sadiq Bəbirov. Dizayn shaigim